Qazaxda yanacaq daşıyan avtomobil yanıb.

Mia.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.

Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.