Portuqaliya Liqasının 17-ci turunda lider "Portu" növbəti qələbəsini qazanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Portu" bu dəfə "Santa Klara"nı məğlub edib.
Oyundakı yeganə qola 50-ci dəqiqədə Samu imza atıb.
Bu qələbəylə "Portu" ardıcıl 16-cı qələbəsini qazanmaqla yanaşı, həm də 13-cü dəfə qapısını toxunulmaz saxlayıb.
Fərid ASLAN
MİA.AZ