Azərbaycan futbolunun tanınmış simalarından biri, futbol veteranı, PRO kateqoriyali mütəxəssis Yunis Hüseynov "Xəzər Lənkəran" futbol klubunun idman direktoru vəzifəsinə təyin olunub.

Qol.Az-ın xəbərinə görə, bu barədə klubu rəsmi saytı məlumat yayıb.

Y.Hüseynov bu gün klub prezidenti tərəfindən klub nümayəndələri və komanda üzvlərinə təqdim edilib.

Xatırladaq ki, Y.Hüseynov bundan əvvəl, 2012/13-cü il mövsümündən "Xəzər Lənkəran”ın baş məşqçisi vəzifəsində çalışıb.