“Azəriqaz” smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problemin qısa müddətdə aradan qaldırılması istiqamətində ciddi işlər aparılır.
Mia.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb
Bildirilib ki, bu il yanvarın 1-dən smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problem elə həmin gün saat 20:00-da aradan qaldırılsa da, sistem kütləvi əməliyyatlar aparılması zamanı təkrar xətalarla üzləşib: “Məlum olduğu kimi, təqvim ilinin əvvəli olması ilə qədər müraciətlərin sayı da çox olur. Müraciət sayı çox olduğundan yenidən müəyyən xətaların olduğunu aşkar etdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi şəkildə işlər aparırlar”.
***
Artıq iki gündür smart kart tipli qaz sayğaclarının fəaliyyətində yaranan problem davam edir. Abonentlər xüsusən də “Zenner” kartı ilə sayğaca yükləmə edə bilmirlər.
“Azəriqaz”dan bildirib ki, problem dövlət qurum ilə əlaqədar deyil.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevin sözlərinə görə, hazırda "M-10" vasitəsilə sözügedən “Zenner” karta pul yükləmək olur: "Bir az əvvəl şəxsən yoxladım, karta köçürmə icra olundu”.
“MPay” MMC isə ötən gün açıqlamasında problemin “Azəriqaz”ın sistemindən qaynaqlandığını bildirib.
“Problemin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır. Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz” – şirkətin açıqlamasında qeyd olunur/Teleqraf.
MİA.AZ