Afrika Futbol Konfederasiyası tərəfindən təşkil edilən 35-ci Afrika Millətlər Kubokunun (AFCON 2025) E və F qruplarında ötən gecə oyunlar keçirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  F qrupunda Fil Dişi Sahili və Kamerun 1-1 hesablı heç-heçəyə razılaşıblar.

Mozambik isə Qabonu 3-2 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra Fil Dişi Sahili və Kamerun xallarını 4-ı yüksəldib.  Mozambik 3 xalla üçüncü yerdədir. Qabon isə xalsızdır.

E qrupunda isə Əlcəzair Burkina Faso üzərində 1-0 hesablı qələbə qazanaraq 1/8 finala vəsiqəni təmin edib.

Günün digər matçında Sudan 74-cü dəqiqədə Saul Kokonun öz qapısına vurduğu qolla Ekvatorial Qvineyaya 1-0 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra Əlcəzair 6 xalla E qrupunun zirvəsindədir. İkinci yerdə olan Burkina Faso və üçüncü yerdə olan Sudanın hər ikisinin 3 xalı var. Ekvatorial Qvineya isə son pillədə qərarlaşıb.

Fərid ASLAN

MİA.AZ