"Fənərbağça" klubu yanvarın 2-dən start veriləcək transfer dönəminə sürətli keçid etməyə hazırlaşır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu bu dəfə rotanı Almaniyaya çevirib.
Məlumata görə, "Fənərbaxça" prezidenti Sadettin Saran "Bavariya"nın qapısını döyərək, sözgüdən klubdan alman oyunçu Leon Qoretzkanı transfer etmək istəyir: "Bavariya"nın prezidenti ilə görüşən Saran Qoretzkanın transferini maksimum 10 milyon avroya bitirməyi planlayıb. Danışıqlar müsbət atmosferdə gedir. Yəqin ki, "Fənərbağça" 30 yaşlı yarımmüdafiəçi Leon Qoretzkanı tezliklə heyətinə qatacaq"
Xatırladaq ki, Leon Qoretzka 2018-ci ildən "Bavariya"da oynayır. O, 287 matçda 46 qol vurub, 48 məhsuldar ötürmə verib.
Fərid ASLAN
MİA.AZ
