Türkiyə super liqasında yanvarın 2-də başlanacaq transfer dönəminə "Qalatasaray" da indidən hazırlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" rəhbərliyi Baş məşqçi Okan Burukun tələbi ilə yarımmüdafiə xəttinə yeni oyunçular almaq istəyir.

Məlumata görə, bunun çüü klub menecerləri ilk olaraq "Brügge"də forma geyinən Rafael Onyedikanı" radar"a alıb:

"Klub bu transferi üçün 20-25 milyon avro arasında bir ödənişdən keçməli olacaq. Bundan başqa, "Əl Hilal"la müqaviləsi başa çatan portuqaliyalı futbolçu Ruben Neveşlə təmaslar başlanıb. Lakin onun Səudiyyə Ərəbistanında ildə 20 milyon avro qazanmasını nəzərə alsaq, keçidin çətin olacağın proqnozlaşdırmaq olar"

Məlumatda deyilir ki, "Aslan"lar "Atalanta" forması geyinən brazlyalı Edesoda da "göz qoyublar": "Həmçinin "Mançester Yunayted"dən Uqarte də transfer siyahısındadır"

Fərid ASLAN

MİA.AZ