"Fənərbağça"nın heyetəində əsas 11-liyə düşməkdə çətinik çəkən qolkiper İrfan Can Eğribayat yanvarda komandadan ayrılacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qolkiperlə Polşanın "Legia Varşava" klubundan transfer təklifi gəlib.

Məlumata görə, 27 yaşlı qapıçı bu mövsüm 6 matçda oynayıb və iki dəfə qapısını toxunulmaz saxlayıb: "Bu mövsüm əsas heyətə düşməkdə çətinlik çəkən İrfan Can Eğribayat və klub rəhbərliyi Polşadan gələn gözlənilməz transfer təklifinə müsbət yanaşır. Danışıqlar gedir və yəqin ki, yanvarın əvvəlinə anlaşma əldə olunacaq"

Fərid ASLAN

MİA.AZ