Türkiyədə məşhur şəxslərin, o cümlədən media əməkdaşlarının narkotik ittihamı ilə "ov"u davam edir.
Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, İstanbul prokurorluğunun apardığı istintaq çərçivəsində texniki və fiziki izləmə nəticəsində tanınmış jurnalist Əmrullah Erdinç də saxlanılıb.
Məlumatda deyilir ki, onun həbsiylə bağlı təkzibolunmaz dəlillər var: "Jurnalist bu səbəbdən jandarma əməkdaşları tərəfindən saxlanılaraq prokurorluğa gətirilib..."
Xəbərə görə, ifadəsi alındıqdan sonra o, məhkəməyə sövq ediləcək...
Xatırladaq ki, 11 dekabr 2025-ci ildə "Habertürk TV"nin baş redaktoru Mehmet Akif Ersoyun qrup seksii və narkotik ittihamları ilə həbsndən sonra aparıcı Ela Rümeysa Cebeci başda olmaqla bir çox jurnalist eyni maddələrlə həbsə göndəriliblər. Bundan sonra isə istintaq daha da genişləndirilib.
Firudin Səfərli
MİA.AZ