Türkiyədə 12 yaşlı uşaq məktəb direktorunu güllələyib.
Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, hadisə Mersinin Anamur rayonunda baş verib.
Məlumata görə, 12 yaşlı bir oğlan məktəbin həyətində məktəb direktoru Ender Karanı tüfənglə vuraraq ağır yaralayıb: "Hadisə direktorun ötən həftə məktəbə elektrikli velosipedlə məktəbə gələn şagirdə xəbərdarlıq etməsinə görə yaşanıb.
Evdən tüfəng götürüb məktəbə gələn 12 yaşlı M.K ad-soyadlı şagird Rüştü Kazım Yücelen orta məktəbinin həyətində direktor Ender Karanı güllələyib. O, ağır vəziyyətdə Mersin Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb. Hadisədən sonra 12 yaşlı şagird və atası Y.K. saxlanılıb..."
Hüseyn Namazov
MİA.AZ
