Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib.
Hadisə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə qeydə alınıb.
Belə ki, 4-cü sinif şagirdi S.Hüseynli göz nahiyəsindən xəsarət alıb. Bu səbəbdən məktəbə təcili tibbi yardım briqadası çağırılıb. Xəstəxanaya çatdırılan 2016-cı il təvəllüdlü şagirdə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.
İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Hazırda faktla bağlı araşdırma aparılır/qafqazinfo.