Türkiyənin "Habertürk TV" telekanalının baş redaktoru Mehmet Akif Ərsoy və aparıcılarının narkotik və qrup seksi partiləri ittihamları ilə qandallanmasından sonra ortaya sensasion faktlar çıxır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sözgüdən kanalın keçmiş xəbər aparıcısı Nur Köşker də bu yöndə açıqlama verib.
O, "Sabah" qəzetinə verdiyi müsahibədə kanaldan məhz Mehmet Akif Ərsoyun israrlı "təklifləri"ndən bezərək, vaxtilə istefa verdiyini bəyan edib.
Onun sözlərinə görə, Ərsoyun iyrənc təklif və təhdidlər səbəbindən nəinki kanaldan istefa veribi, hətta təxminən bir il işsiz qalıb, daha sonra isə Türkiyəni tərk etmək məcburiyyətində olub: "O, məni hədələdi ki, əgər onunla "yaxınlıq" etməsəm, narkotik və seks məclisləri ilə tanınan qurduğu bu sistemin bir hissəsi olmağı qəbul etməsəm, efirə buraxılmayacam. Dəfələrlə məni efirdən çıxarmaqla açıq şəkildə təhdid edib. Onun bütün istəklərini rədd edərək istefa verdim Bunun bədəlini də ödədim. Təxminən bir il işsiz qaldım. Evsiz qaldım. Ciddi sağlamlıq problemləri və hücumlarla mübarizə apardım. Əvvəlcə peşəmi, sonra isə bu ölkəni tərk etməyə məcbur oldum."
Firudin Səfərli
MİA.AZ