Türkiyənin media sektorunda narkotik, qrup seksi və sair ittihamlarla başlayan həbslər böyük ajiotaj yaradıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məsələ ilə bağlı məşhur jurnalist, eyni zamanda, siyasi şərhçi kimi tanınan Nagehan Alçı maraqlı açıqlama verib.
O, bir çox kanallarda, o cümlədən son olaraq "Habertürk"də həyata keçirilən qalmaqalı həbslərə eyham vuraraq bildirib ki, yaşananlar media sektorunda çalışanların ailələrində böyük narahatlıq yaradıb: "Artıq bəzi kişilər xanımlarının media sektorunda işləməsindən narahatdırlar".
Onun sözlərinə görə, xüsusən son əməliyyatlarda qadın aparıcılara yönələn ittihamlardan sonra bu narahatlıq artıb: "Son əməliyyatlardan sonra yanlış təsəvvür güclənib. bir çoxlarının şəxsi həyatı - ailəsi artıq təhlükədədir. Bəzi kişilər xanımlarından media sektorundan ayrılaraq digər sahələrə yönəlmələrini tələb edirlər..."
Hüseyn Namazov
MİA.AZ