Türkiyənin narkotik və qrup seksi ittihamları ilə istintaqa cəlb olunan "Habertürk" kanalının aparıcıları Mehmet Akif Ersoy, Ela Rümeysa Cebeci və digərlərinin test nəticələri müsbət çıxdıqdan sonra "Halk TV"nin məşhur əməkdaşı İsmayıl Saymaz maraqlı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, xüsusən aparıcı Ela Rümeysa Cebecinin hələ testdən əvvəl "İsmayıl Saymaz yalan danışır. Heç vaxt Mehmet Akif Ersoyla bir ortamda olmadım, narkotik istifadə etmədim", - deyə açıqlamasını xatırladaraq, ona ünvanlı sərt iddialar səsləndirib: "Ela Rümeysa Cebecinin testdinin nəticəsində müxtəlif növ narkotik halları üzə çıxıb. İndi bu adam nə deyəcək?.

İsmayıl Saymaz Ebru Bakinin aparıcılığı ilə Halk TV-də yayımlanan "Para Siyaset" proqramında daha sonra bildirib ki, xanım aparıcının qəbul etmədiyi narkotik maddə növü qalmayıb: "Bir bəlkə kaloniya qəbul etmədiyi qalıb bəlkə də. Mənə görə, narkotik qəbul edə-edə "heç vaxt narkotik istifadə etmədim", - deyə yalan danışan bir adamın iİctimaiyyəti aldatmağa cəhdi narkotik istifadə etməkdən daha təhlükəlidir. Rümeysa Cebeci kimi adama səhər xəbərlərini aparmağı həvalə etmək olmaz. Səhər xəbərlərini müalicəyə ehtiyacı olan bir qadına necə vermək olar?!

Bu, vətənpərvərlik ritorikası ilə üzəri ört-basdır olunacaq məsələ deyil. Ayıbdır. Bu, anan və atan üçün də ayıbdır. Onların sənə sərf etdikləri əməyə günahdır"

Firudin Səfərli

MİA.AZ