Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında İctimai Şuranın yeni seçilmiş 9 nəfərdən ibarət tərkibinin ilk iclası keçirilib.

Mia.az nazirliyə istinadla xəbər verir ki, iclasda təşkilati məsələlərə baxılıb və səsvermə yolu ilə "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Mürvət Həsənli İctimai Şuranın sədri, "Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası"nın üzvü Emin Əliyev sədr müavini, Azərbaycan Dövlət Aqrar Universitetinin Zoomühəndislik fakultəsinin dekan müavini, "Azərbaycan Maarifçilər Assosiasiyası"nın üzvü Günel Əmiri katib seçilib.