Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətininin Milli Qvardiyasının komandanı, general-mayor Akif Yusifov vəzifəsindən azad olunub.
Bu barədə müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, A.Yusifov ehtiyata buraxılıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 fevral 2013-cü ildə sərəncamı ilə Akif İsaxan oğlu Yusifov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Milli Qvardiyanın komandanı təyin edilmişdi. Həmin ilin dekabrın 25-də ona general-mayor ali hərbi rütbəsi verilib. (Yeni sabah)