ABŞ prezidenti Donald Tramp Britaniyanın məşhur BBC telekanalına qarşı fantastik iddia qaldırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, BBC-nin onun 6 yanvar 2021-ci il tarixli çıxışının bir sənədli filmdə təhrif olunaraq yayımlanmasını iddia edib və kanaldan bu böhtana görə 5 milyard dollar vəsait tələb edib.
Tramp bu məqsədlə Florida məhkəməsinə iddia ərizəsi təqdim edib: "O, həmçinin BBC-nin "Panorama" sənədli filmində müxtəlif vaxtlarda söylədiyi cümlələri "qəsdən, pis niyyətlə və saxtakarlıqla təhrif etmək"də və bununla ona böhtan atmaqda ittiham edib".
Sözügedən sənədli film 2024-cü il ABŞ seçkilərindən əvvəl Birləşmiş Krallıqda yayımlanıb.
Filmdə onun 6 yanvar 2021-ci il tarixində bir qrup şəxsin Kapitoliyə hücmu barədə sözlərinə yer verilib. Filmdən belə anlaşılır ki, Tramp tərəfdarlarını zorakılığıa çağırır.
BBC hələlik bu yeni iddiaya rəsmi cavab verməyib.
Lamiyə Əhmədli
MİA.AZ