Bu gün Abşeron rayonunun Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.
Mia.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Qaçaq Nəbi, Z. A. Tağıyev, Məhəmmədəmin Rəsulzadə, Nizami, Füzuli küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.