Qusarın Yuxarı Ləyər kəndində baş vermiş yol qəzasında ölənlər Birinci Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanovun qardaşı, İlham Ramaldanovun ailə üzvləridir.
Mia.az xəbər veirr ki, bu barədə Hərbi ekspert Üzeyir Cəfərov açıqlama verib.
Onun sözlərinə görə, qəza zamanı İ.Ramaldanovun qızı Tamilla Ramaldanova və ailənin yaxın üzvlərindən olan 43 yaşlı C.Bağırova ölüblər. Hadisə zamanı ailənin daha 4 üzvü müxtəlif xəsarətlər alıblar.