Şahbuz rayonunun Kükü kəndinə mövsümün ilk qarı yağıb.
Mia.az-ın məlumatına əsasən, bir neçə gün davam edən rütubətlı hava şəraiti Naxçıvanın ucqar dağ ərazilərində bu gecə sulu qar yağmasına səbəb olub.
Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən Şahbuz rayonunun Kükü kəndinə bu gecə yağan ilk qar gözəl mənzərələr yaradıb.
Qeyd edək ki Kükü kəndi turizm bölgəsi olmaqla ilin bütün fəsillərində turistlərin marağına səbəb olur.
Əli Cabbarov
MİA.AZ