İki gün əvvəl yağan yağışdan sonra Salyan rayon mərkəzində bir çox yol və meydan bərbad günə düşüb.

Mia.az xəbər verir ki, bu barədıə sosial mediada çoxlu videogörüntülər yayılıb.

Yayılan görüntülərdən birindən də aydın görünür ki, yağan yağışdan sonra Yusif Zeyanlov küçəsinin ortasından düz xətt boyunça çəküş olub: "Böyük ehtimalla bu, həmin küçədə az əvvəl hansısa xətt çəkilişi (qaz, su və ya kanalzasiya) olub. Lakin görünən odur ki, iş görülüb bitdikdən sonra yolda bərkitmə işləri qaydaya uyğun aparılmayıb. Bu isə yağış yaan kimi yolun çökməsinə səbəb olub. Nəticə etibarı ilə həm yerli əhali, həm də o yolun bərpasına ikinci dəfə xərc çəkəcək dövlət zərərlə üzləşib".

Mia.az bildirir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı sabiq deputat Rüstəm Xəlilovdur. Xəlilovun təyinatından sonra isə rayonun problemıri artıb...

Samir MUSAYEV

Mia.az