AFFA Hakimlər Komitəsinin yeni sədri Rəhim Həsənov Misli Premyer Liqasının XIV turunda və Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən oyunlarda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Mia.az xəbər verir ki, o, bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
Həsənov ümumilikdə 5 matçda qeydə alınan 5 epizodla bağlı fikirlərini bölüşüb. O, FIFA referiləri Kamal Umudlunun "İmişli" - "Sabah" görüşündə, Əliyar Ağayevin isə "Sumqayıt" - "İmişli" matçında təyin etdikləri penalti qərarlarının səhv olduğunu deyib.
[video=https://www.youtube.com/watch?v=JKJyeWScLEU]