"Qalatasaray"la müqaviləsi mövsümün sonunda başa çatacaq argentinalı ulduz Mauro İkardi sosial media hesabında ayrılması ilə bağlı yayılan şayiələrlə bağlı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunçu açıqlamasında bu sözlərə yer verib:

"Başa düşürəm ki, adım yaxşı satılır və bəzi türk "jurnalistləri" klubdan kimsə tərəfindən mənə zəng edildiyini və müqaviləmin "yenilənməyəcəyini" söyləndiyini iddia etmək istəyirlər... Amma heç kim mənə zəng etməyib, agentimə də zəng etməyiblər.

Məğlubiyyəti ört-basdır etmək üçün xəbər olmayan bir şeyi xəbər kimi satmağa çalışırsınız? Müqaviləm 2026-cı ilin iyun ayında bitir. Onların bunu etmək üçün imicimdən istifadə etməsinə icazə verməyəcəyəm. Narahat olmayın, müqaviləm bitəndə başımı dik tutaraq gedəcəyəm.

İkardini daha bir neçə ay izləmək şansınız var. Zövq alın, çünki məndən ötrü darıxacaqsınız."

Fərid

MİA.AZ