"Beşiktaş" "Vulverhempton"da oynayan Emmanuel Aqbadunun transfer danışıqlarına başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubun ilk hədəfi mərkəz müdafiəçisi transfer etməkdir.
Bildirilib ki, "Beşiktaş" klubunun transfer komitəsi və baş məşqçi Sergen Yalçın oyunçunu izlədiktən sonra, oyunçunun transfer olunmasına razılığ verib.
Xatırladaq ki, Emmanuel Aqbadou ümumilikdə 15 oyunda meydana çıxıb, 1 sarı və 1 qırmızı vərəqə alıb, 2 asist edib və 1 qol vurub.
Fərid
MİA.AZ