Türkiyədə narkotik və qrup seksi ittihamı ilə həbs edilən Habertürk kanalının məşhur aparıcısı Mehmet Akif Ersoy haqqındakı iddiaları rədd edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o. istintaqa ifadəsində iddiaları şər-böhtan adlandırıb.

Mehmet Akif Ersoy əleyhinə ifadə verənlərin qərəzli olduğunu, bəzilərinin həyat yoldaşını işdən azad etdiyi üçün ifadə verdiyini qeydedib: "Həyatında heç vaxt narkotik istifadə etmədim. Qrup şəklində cinsi əlaqə ilə bağlı bütün iddialar da kökündən yalandır. İstanbul körpüsündə baş verən qəza zamanı narkotik təsirində deyildim. Bu barədə polis aktı və ekspertiza rəyi də var..."

Firudin Səfərli

MİA.AZ