Türkiyədə Habertürk kanalının məşhur redaktoru Mehmet Akif Ersoyun narkotik və qrup seksi ittihamı ilə həbsinin ajiotajı davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həbsdən dərhal sonra vəzifəsindən qovulan baş redaktorun keçmiş arvadının sosial meadakı hesabı "mesaj yağışı"na tutulub.

Gündəmi silkələyən bu iddialardan sonra xeyli izləyici Mehmet Akif Ersoyun keçmiş həyat yoldaşı Pınar Ərbaşın fotopaylaşımının altına  yüzlərlə eyni məzmunlu şərh yazılıb: "Allah qurtarıb sizi". Verilmiş sədəqəniz varmş...".

Xatırladaq ki, Mehmet Akif Ərsoyla birgə kanalın üç əməkdşaı - Mustafa Manaz, Ufuk Tetik və Ebru Gülan da oxşar ittihamla həbs olunublar.

Firudin Səfərli

MİA.AZ