Türkiyədə Hbaerterk kanalının məşhur redaktoru Mehmet Akif Ersoy barədə hazırlanan ittiham aktında sensasiyalı məqamlar yer alıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul prokurorluğunun hazırladığı ittiham aktına onun narkotik qəbulu, satışı, ətrafına tədarükü ilə yanaşı,evinə gətirdiyi qadınlarla qrup seksinə girməsi haqqında səs yazıları və görüntülər daxil olunub: "Prokurorun onun həbsi ilə bağlı təqdimatında bu faktları xüsusiylə qeyd edib".
Məlumata görə, istintaqı çərçivəsində saxlanılan jurnalist Mehmet Akif Ersoy haqqındakı bu faktlar böyük ajiotaj yaradıb:
"Prokurorun təqdimatında "Mehmet Akif Ersoy və digər saxlanılan jurnalistlərin evə gələn qadınlara narkotik verdiyi, iki nəfərdən çox insanın birlikdə cinsi əlaqədə olduğu və şübhəlinin qadınlarla öz çevrəsindəki şəxslər arasında münasibətlər qurmaqla maddi və sektoral baxımdan faydalandığı müəyyənləşib".
Xatırladq ki, İstanbul Baş Prokurorluğunun araşdırması çərçivəsində Mehmet Akif Ersoy, Mustafa Manaz, Ufuk Tetik və Ebru Gülan həbs edilib. Buy həbsdən dərhal sonra Mehmet Akif Ersoy "Habertürk"ün baş redaktoru vəzifəsindən uzaqlaşdırılıb.
Firudin Səfərli
MİA.AZ