Avropa Liqasının qrup mərhələsinin "Qarabağ” – "Sent-Etyen” (Fransa) oyununun biletlərinin qiyməti açıqlanıb
Klubun mətbuat xidmətindən Qol.Az-a bildirilib ki, asi sektorlar üçün biletin qiyməti 1 və 5 manat, VİP sektorlar üçün isə 50 manat təşkil edir.
Biletlərin sabah satışa çıxarılacağı gözlənilir.
Xatırladaq ki, "Qarabağ” – "Sent-Etyen” matçı sentyabrın 18-i, saat 21.00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.