Bakıda mağazada arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən ər barəsində cinayət işi açılııb.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, dekabrın 2-də Bakının Səbail rayonu Ü.Hacıbəyov küçəsi ərazisində yerləşən mağazalardan birində 1995-ci il təvəllüdlü Leyla Quliyevanın qəsdən öldürülməsinə cəhd faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq qadının əri Faxrəddin Quliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

***

Dünən paytaxtın Səbail rayonunda qadının bıçaqlandığı hadisənin təfərrüatı məlum olub.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə noyabrın 2-si saat 16 radələrində Üzeyir Hacıbəyli küçəsində yerləşən mağazalardan birində baş verib.

Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Faxrəddin Sədrəddin oğlu Quliyev mağazaya basqın edərək orada işləyən arvadı Sumqayıt şəhər sakini 1995-ci il təvəllüdlü Leyla Murad qızı Quliyevaya bıçaqla zərbələr endirib.

30 yaşlı qadın qaçsa da, əri ona çataraq kürək nahiyəsinə 8 bıçaq xəsarəti yetirərək öldürməyə cəhd göstərib.

F.Quliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

L.Quliyeva xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırmalar davam etdirilir.