Bu gün futbol üzrə Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.


Mia.az xəbər verir ki, Rusiya millisi Azərbaycan yığmasını 4:0 hesabı ilə məğlub edib. 


Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında almaniyalı çalışdırıcı Foqts komandamızın çıxışından narazı qalıb: "Belə oyunlarda bəzi eksperimentlər edirik. Əks halda, yoldaşlıq oyunlarının anlamı olmaz. Bu gün rəqib tək psixoloji cəhətdən yox, həm də sürət baxımından üstün idi”.
 
- Siz açıqlama vermişdiniz ki, millimiz AÇ-nin final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq. Özbəkistan və Rusiya ilə yoldaşlıq oyunlarından sonra həmin fikirdə qalırsınızmı?

 - Sözsüz ki, həmin fikirdə qalıram. Xüsusən, ev oyunlarında biz bütün güclü rəqiblərə sürpriz etməyə qadirik. Mən komandama inanıram.
 
- Nazarov son iki yoldaşlıq matçında start heyətində yer aldı. Demək olarmı ki, Bolqarıstanla qarşılaşmada da ilk "11lik”də olacaq?

 - Mənim hələ bu oyunadək Bolqarıstanla görüşə çıxacaq start heyəti haqda fikirlərim var idi. Amma bu gün bütün suallara aydınlıq gəldi. Nazarovun start heyətində yer alıb-almayacağını isə deyə bilmərəm(apasport).