FİFA oyunlarda penaltilərlə bağlı inqilabi dəyişiklik etməyə hazırlaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yeni layihəyə əsasən, penalti zamanı topun istiqamətindən asılı olmayaraq, qapıçı cərimə zərbəsini dəf edərsə, günc zərbəsi təyin ediləcək.
Məlumatda deyilir ki, bu dəyişiklik penalti zamanı digər oyunçuların zərbə zamanı cərimə meydançasıya girmələri və sarıq vərəqə almalarının da qarşısını alacaq: "FİFA prezidenti Canni İnfantino Hakimlər Komitəsinin sədri Pyerluici Kollina ilə dəyişiklik planını müzakirə edib və razılıq əldə olunub".
Xəbərdə deyilir ki, dəyişikliyin 2026-2027-ci il mövsümündə qüvvəyə minməsi planlanıb.
Fərid
MİA.AZ