"Fənərbağça" ulduz futbolçu Anderson Talişka ilə yollarını ayırmağa qərar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Talişkaya təklif gələrsə, klub onu satacaq.

Məlumatda bildirilib ki, əgər qış transfer pəncərəsində  oyunçuya maraq göstərən klub olmasa, onun müqaviləsi yenilənməyəcək.

Xatırladaq ki, Talişkanın müqaviləsi bu mövsümün sonu başa çatır.

Fərid Əhmədov

MİA.AZ