Bu gün futbol üzrə əsas  milli komandamız növbəti yoxlama oyununu keçirəcək. Berti Foqtsun komandası  Rusiya yığması ilə qüvvəsini sınayacaq.

"Avro-2016”nın seçmə mərhələsində sentyabrın 9-da Bolqarıstanla keçiriləcək oyuna hazırlıq xarakteri daşıyan görüşdə millimizin yaxşı nəticə qazanması vacibdir. 

Xatırladaq ki, komandamız indiyədək Rusiya millisi ilə yoxlama oyunu keçirməsə də, rəsmi oyunlarda bir neçə dəfə qarşılaşıb. Yığmamız Fabio Kopellonun komandası ilə son dəfə ötən il oktyabrın 15-də "DÇ-2014”ün seçmə mərəhləsində Bakıda üz-üzə  gəlib. Həmin oyun 1:1 hesablı bərabərliklə başa çatıb(qol.az).