Futbol üzrə Almaniya superkubokunun qalibi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə "Bavariya" və "Borussiya" (Dortmund) komandaları üz-üzə gəlib.

Ötən mövsüm Bundesliqanın qalibi və ölkə kubokunun sahibi olan "Bavariya" klubu bu oyunun əsas favoriti hesab olunurdu. Lakin bu görüşdə 2:0 hesabı ilə qalib gələn Dortmund təmsilçisi superkuboka yiyələnib.

Qeyd edək ki, bu, "Borussiya"nın tarixi ərzində qazandığı 5-ci superkuboku olub.