Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, türnirdə yeganə təmsilçimiz "Qarabağ” da meydana çıxıb.
Qurban Qurbanovun komandası səfərdə Avstriyanın "Zalsburq” klubu ilə üz-üzə gəlib. Doğma meydanda rəqibinə 2:1 hesabı ilə qalib gələn Ağdam klubu səfərə böyük ümidlərlə yollansa da, görüşdən 0:2 hesabı ilə məğlub ayrılıb.
Çempionlar Liqasında mübarizəni dayandıran komandamız Avropa Liqasının play-off mərhələsində çıxışını davam etdirəcək.