Həsən Aratın prezidentlikdən istefa verdiyi “Beşiktaş”da baş məşqçi Covanni van Bronkhorst da istefaya göndərilir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq klubun hazırkı müvəqqəti rəhbərliyi Covanni van Bronkhorstla yollarını ayırmağa hazırlaşır.
Türkiyə mətbuatı yazır ki, onun istefaya göndərmək qərarı tezliklə verilə bilər: "Lakin hollandiyalı çalışdırıcı ilə müqavilənin birtərəfli ləğvi problem də yarada bilər. Belə ki, əgər "Beşiktaş" onu istefaya göndərsə, o zaman van Bronkhorsta 2,5 milyon avro təzminat ödəməli olacaq".
Xatırladaq ki, ötən gün Avroliqa oyunları çərçivəsində Macarıstanda İsrailin "Makkabi Tel-Əviv" komandasına 3:1 hesablı məğlubiyyətdən sonra baş məşqçiyə inam daha da sarsılıb.
Fərid
MİA.AZ