Bir neçə gün əvvəl "Beşiktaş" Futbol Klubunun başqanlığından istefa verən "Beşiktaş"ın prezidenti Həsən Arat dünən axşam oynanan "Makkabi Tel-Əviv"ə 3-1 hesabı ilə məğlubiyyətdən sonra klubla bütün bağlarını kısib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Həsən Arat bildirib ki, içində təsvirolunmaz bir kədərlə, eyni zamanda, şəxsi səbəblərə görə bu gündən "Beşiktaş" Gimnastika Klubunun prezidenti vəzifəsindən istefa verib.

O, bu gün Bakı avxtilə saat 1700-da klubda hər kəslə vidalaşmaq üçün mərasim təşkil edəcəyini söyləyib və bunan sonra da "Beşiktaş"ı dəstəkləməkdə davam edəcəyini bəyan edib: "Hər kəsi klubu və komandaları dəstəkləməyə çağırıram..."

Fərid Aslan
MİA.AZ