Bu gün saat 21.45-də Bakıda "Qarabağ" UEFA Avropa Liqası çərçivəsində Fransanın "Lion" komandasını qəbul edib.

Mia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun 15-ci dəqiqəsində fransızlar hesabı açıb - 0:1.

İlk hissədə "Qarabağ" bir neçə real qol epizodları yaratsa da, şans komandamızın yanında olmayıb. Top iki dəfə qapı dirəyindən geri dönüb...

Oyunda ilk hissə başa çatıb.

63-cü dəqiqədə "Lion"dan Tolosso fərqi artırıb - 0:2.

68-də isə Fofana daha bir qol ataraq komandasına 3-cü qolu qazandırıb- 0:3

80-ci dəqiqədə fransızlar "Qarabağ"ın qapısına daha bir qol vurub- 4:0.

88-ci dəqiqədə "Qarabağ" bu qollardan birinin əvəzini penalti ilə çıxıb - 1:4 

Oyuun bu hesabla başa çatb. "Qarabağ" bu nəticədən sonra yenə 3 xalla 31-ci yerdə qalıb

Zülfiyyə Mustafayeva

MİA.AZ