İstanbulun Pendik rayonunun dəniz sahilində iki kişinin cəsədi tapılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dəniz lıpəsininsahilə çıxardığı meyitlərə ilkin baxışdan onların öldürüldüyü bəlli olub.
Məlumata görə, hər iki şəxs başlarından tapança ilə vurularaq dənizə atılıblar: "Zamanla cəsədlər dəniz üzünə çıxıb və ləpələr onları sahildəki qayalıqlara "vurub". Cəsədləri sahildə görənlər vəziyyəti polisə xəbər veriblər".
Məlumata görə, araşdırmalar nəticəsidə məlum olub ki, güllələnərək dənizə atılan şəxslər 23 yaşlı Melihcan Ethemoğlu və 31 yaşlı Muhammed Kayadır: "Hər iki şəxs başlarından güllə yarası alaraq həyatla vidalaşıblar. Hadisə araşdırılır".
Lamiyə Əhmədli
MİA.AZ