Almaniya Rusiyanın Berlindəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Almaniyanın İctimai Kanalında (ARD) işləyən iki nəfərin deportasiyasına etiraz olub.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok bildirib ki, artıq Rusiyada müxbir kiimi işləmək mümkünsüzdür: "Rusiyanın ARD əməkdaşlarını deportasiya etməsi qəbuledilməzdir. Moskvanın buna izahatı da yanlış və doğru deyil. Biz bunu birmənalı şəkildə pisləyirik. Ona görə də bu gün Rusiya səfirini çağırdıq".

Nazir Almaniya və ya Avropada mətbuat azadlığının məhdudlaşdırılması iddiasının yalan olduğunu deyib: "Bu iddiaları ARD əməkdaşlarının deportasiyası ilə əlaqələndirmək üçün heç bir səbəb yoxdur".

Xatırladaq ki, dünən Rusiyanın “Perviy” kanalının Berlin ofisinin bağlanıb. Rusiya isə buna cavab olaraq Almaniyanın ARD ictimai yayım kanalının iki əməkdaşını deportasiya etdiyini bəyan edib.

Lamiyə Əhmədli
MİA.AZ