​​Çempionlar Liqasının 5-ci tur çərçivəsində ötən axşam "Liverpul"la qarşılaşmada "Real Madrid"in baş məşqçisi Ançelotti heyətdə yer verdiyi türkiyəli Arda Gülərə qəzəblənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilk 11-likdə oyuna başlayan Arda Gülərin zəif performansı və oyunun həssas nöqtəsində kobud ötürmələri Ançelottinin səbr kasasını daşırıb.

Məlumata görə, növbəti kobud səhvlərin birində Ançelotti hər iki əlini yuxarı qaldıraraq “Arda” deyə bağırıb. Budan az sonra, daha dəqiqi, 56-cı dəqiqədə isə o, Arda Gülər Lukas Vaskeslə əvəzləyib.

Xatırladaq ki, "Real" oyundan 2-0 məğlub ayrılıb.

Fərid ASLAN 
MİA.AZ