UEFA Konfrans Liqasının 4-cü turunda İstanbulda "RAMS Başakşehir"lə oyunun son saniyəsində bərabərlik qolunu (1:1) vuran Moldovanın “Petrocub” komandasının Baş məşqçisi Andrey Martin tarixə düşəcək nəticə əldə etdiklərini bəyan edib.
Mia.az Türkiyə mətbuatəna istinadla xəbər verir ki, bu barədə o, oyundan keçirilən mətbuat konfransında suallara cavabda deyib.
Martin bildirib ki, oyunun favoriti "Başakşehir" olub: "Amma biz cəsur bir komandayıq. Hər matça çox ciddi baxırıq. Qələbə üçün çıxırıq. Hər matça çox aqressiv başladıq. 96-cı dəqqiədə qol atmağımız da cəsarətli oynamağımızla bağlıdır...".
Moldova futbolu tarixi üçün əhəmiyyətli bir nəticə əldə etdiklərini xüsusi vurğulayan Andrey Martinin sözlərinə görə, həm ölkə, həm də klub olaraq kasıbdırlar: "Bizi İstanbul və Türkiyə ilə müqayisə etmək olmaz. Moldova olaraq bu stadionları xəyal belə qura bilmərik. Amma meydançaya çıxanda nə tarix, nə də büdcə fərqi yoxdur. Bu, bərabərdir və nəticədə hesab vacibdir. Bu, bizi qürurlandıracaq bir tarixi nəticədir. Moldova tarixində İstanbulda "Başakşehir" kimi güclü komandaya qarşı səfərdə 1 xal qazanmaq qürurvericidi".
Fərid Aslan
MİA.AZ