UEFA Avropa Liqasının 5-ci tur çərçivəösində sabah Bakı avxtilə saat 21.45-də Macarıstanda İsrailin “Makkabi Tel-Əviv” komandası ilə qarşılaşacaq "Beşiktaş"ın baş məşqçisi Giovanni van Bronckhorst mətbuat konfrasında sualları cavablandırıb.
Mia.az Türkiyə mətbuatəna istinadla xəbər verir ki, o, son həftələr uğursuz oyuunlarına bu matçla son vermək istədiklərini dilə gətirib.
"Bizi böyük oyun gözləyir", - deyən məşqçi bildirib ki, yenidən qalib vərdişlərinə dönmələri üçün bütün imkanları ilə meydanda olacaqlar: “Böyük bir matç oynayacağıq. Bu, Avropa Liqasında 5-ci oyunumuz olacaq. Biz bura bir çox səbəblərə görə qələbə üçün gəlmişik. Yenidən qalib kimliyimizi geri döndərməliyik. Bu oyun çox əhəmiyyətli matçdır. Biz bu matça hazırıq. Meydana çıxıb qalib gəlmək tamamilə bizdən asılı olacaq. Hamımız üçün ən yaxşı varian 3 xal olacaq"
“Makkabi Tel-Əviv”in bir çox matçını təhlil etdiklərini vurğulayan van Bronkhorst deyib ki, rəqib yaxşı komandadır: ""Makkabi"nin bir çox oyununu izlədik. Onlar yaxşı komandadırlar. "Ayaks"la qollu matçını izlədik. Onlar hücuma meylli futbol oynayır. Qələbə üçün sonadək mübarizəı aparacağıq"
Xatırladaq ki, oyunu TRT3 canlı yayımlayacaq.
Fərid ASLAN
MİA.AZ