Türkiyə Super Liqasının 13-cü turunda "Beşiktaş"ı səfərdə 4:2 hesabı ilə məğlub edən "Göztəpə"nin baş məşqçisi Stanimir Stoilov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, qələbənin onlara böyük ruh verəcəyini deyib: "Komandamızın oyunundan məmnunam. Bu, bizim üçün vacib qələbə idi. Biz buraya futbol üslubumuzu və nə qədər yaxşı olduğumuzu göstərmək üçün gəlmişik. Liqanın ən gənc komandası olduğumuz üçün özümüzü göstərməliydik. "Beşiktaş" kimi güclü komandaya qalib gəldiyimiz üçün çox qürurlu və sevincliyik. Biz hər matçdan üstünə qoyaaq irəlilləməkdə qərarlıyıq"
Bolqarıstanlı məşqçinin sözlərinə görə, hədəfləri komandanı Avropa yarışlarına çıxarmaqdır: "Mən bu yüksək hədəfi qarşıma qoyuram və oyunçularım ona əməl edirlər. Onlar oraya çatmaq üçün hər şeyi edirlər. Bizim üçün önəmli olan ən yaxşı performans göstərmək və hər matçda yaxşı oynamaqdır. Bunu davam etdirmək lazımdır. Türkiyədə çox yaxşı komandalar var. Elə matçlar var ki, 2 qolla öndə olub, uduzmuşuq. Yaxşı oynayıb öz futbolumuzu oynasaq, Avropa hədəfi uzaqda deyil".
Fərid Aslan
MİA.AZ