Bu gün Türkiyə superliqasında "Qalatasaray" və Fənərbağça" səfər oyunlarından qələbə ilə dönüblər.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 12-c turda "Qalatasaray" 45 dəqiqə (45-ci dəqiqədə Bilsel iinci sarı kartla meydandan qovulub -Mia.az) azlıqda qalan "Bodrum FK komandasını 54-cü dəqiqədə Batşuayının baş zərbəsi ilə vurduğu yeganə qolla məğlub edib - 0:1.
Yeri gəlmişkən, matçın final fitindən sonra "Qalatasaray"lı oyunçular arasında gərginlik yaranıb. Belə ki, Kerem Demirbayla qapçı Fernando Muslera bir-birlərinin üzərinə yürüyərək vurmaq istəyib. Lakin Osimhen Keremi, Abdülkerim və Barış Alper isə Musleranı tutaraq sakitləşdiriblər.
Turun digər maraqlı oyunu isə "Fənərbağça" ilə "Kayseri" arasında baş tutub.
İstanbul klubu səfərdə rəqibini darmadağın edib - 2:6.
Bu qələbdən sonra lider "Qalatasaray" xalını 34-ə, 2-ci yerdəki "Fənərbağça" isə 29-a çatdırıb.
Fərid Aslan
MİA.AZ