"Qalatasaray" klubu Türkiyə Futbol federasiyasına (TFF) müraciət edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müraciətdə dekabrın 1-də Arda Turanın baş məşqçisi olduğu "İkas Eyüpspor" matçın təxirə salınması xahiş olunub.

"Qalatasaray" TFFF-dən həmin oyunun bir gün sonraya keçirilməsinə şərait yaratmağı istəyib.

Klub bu xahişini noyabrın 28-də səfərdə AZ Alkmaar ilə qarşılaşması ilə əlaqələndirib. Qeyd edilib ki, səfərdən bir gün sonra dönüb, bu matça hazırlaşmaq çox çətin olduğundan matç ertəsi günə keçiriməlidir.

Fərid Aslan

MİA.AZ