Bu gün Türkiyədə futbol komandasının Baş məşqçisi küçədə maskalı şəxs tərəfindən güllələnib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yerli vaxtla saat 15.00-da Çorlunun Mühittin Məhəlləsində, Adnan Kahveci küçəsində naməlum maskalı şəxs arxadan 3-cü Liqa komandası olan "Çorluspor 1947"nin baş məşqçisi Ersin Akaya yaxınlaşaraq 5 əl atəş edib: "Atəşdən sonra yerə yıxılan Baş məşqçi ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb".
Məlumata görə, atəşdən sonra tələsik hadisə yerindən qaçan qatil axtarılır.
Hadisənin səbəbi bəlli deyil.
Firudin Səfərli
MİA.AZ