“Haqqımda paylaşılan “yazışma” görüntüləri tamamilə saxtadır və fotoşopla düzəldilib. Azərbaycanda saxta plastik cərrahlarla bağlı apardığım mübarizə hər kəsə bəllidir. Bu mübarizəm onlara çox ağır gəlib və indi mənim nüfuzumu zədələmək üçün belə ucuz yollara əl atırlar”.
Bunu ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova yazıb.
O qeyd edib ki, əgər bu görüntülər fotoşop deyilsə, onların videoscreen paylaşmasını tələb edir:
“Sadəcə şəkil yox, tam bir ekran videosu çəkərək bunu sübut etsinlər. O screendə mənim izləyicilərim və paylaşımlarım niyə əks olunmayıb? Çünki diplomunuz kimi əməliniz də fakedir..
Təəssüf ki, Azərbaycanda bəzi özünü plastik cərrah adlandıran insanlar təkcə plastik cərrah yox, həm də mafiyalaşmış qruplaşma kimi fəaliyyət göstərirlər. Onlar elmə yox, cahilliyə və öz mənfəətlərinə xidmət edirlər. Bu saxta həkimlər rezidentura təhsili almadan, yalnız saxta sertifikatlarla özlərini cərrah kimi təqdim edirlər. İnsanlarımızın sağlamlığını riskə atan bu şəxslərlə mübarizəmi davam etdirəcəyəm. Çünki bu, mənim vicdan və ədalət borcumdur. Onların dövlətə ödəmədiyi vergilərini də hamıya xatırladım”.(BakuPost.az)