Bakıda 16 yaşlı qız itkin düşüb.
MİA.AZ xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.
Məhəmməd Hadi küçəsində yaşayan İ.Zərbiyev Xətai RPİ-nin 36-cı Polis Şöbəsinə müraciət edərək onunla eyni ünvanda yaşayan 2008-ci il təvəllüdlü dayısı qızı J.Abuşovanın itkin düşdüyünü bildirib. Şikayətçi qeyd edib ki, qohumu noyabrın 20-si səhər saatlarında evi tərk edib və geri qayıtmayıb.
Müraciətlə bağlı araşdırma aparılır.