Yunanıstanın "Panatinaikos" komandasından ayrıldıqdan sonra heç bir komanda çalışdırmayan Fatih Terim superliqada çıxış edən komandanı satın alır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ciddi maliyyə problemləri yaşayan "Adana Dəmirspor"u alacağı haqda iddia yayılıb.

Bildirilib ki, Fatih Terim 1969-1974-cü illər arasında oynadığı “Adana Dəmirspor”a "əl uzatmaq" qərarına gəlib: "Hazırda danışıqlar gedir".

Fərid ASLAN

MİA.AZ